Çin ən uzunmüddətli idarəolunan kosmik uçuşuna start verdi – FOTO
Bu gün Çin tarixində ən uzunmüddətli kosmik uçuşuna start verib.
1news.az-ın Xinxua-ya istinadən verdiyi məlumatına əsasən, ölkə 2022-ci ilədək qurulması planlaşdırılan idarəolunan kosmik stansiyanın bir hissəsi olan kosmik laboratoriyaya 2 kosmonavt göndərib.
Kosmonavtların laboratoriyada 1 ay qalmaqları nəzərdə tutulur.
Kosmonavtlar yerli vaxtla səhər saat 07:30-da Qobi səhrasında quraşdırılımış fəza aerodromundan Şenju 11 kosmik raketi ilə uçuş ediblər.
Çinlilər Tyanqon və ya “Cənnət sarayı 2” laboratoriyasına birləşəcəklər.
Qeyd edək ki, uçuşu 50 yaşını açıq kosmosda qeyd edəcək soyadı Jinq olan kosmonavt idarə edəcək.
Mənası “İlahi gəmi” (Divine Vessel) olan Şenju 11 kosmik raketi daha 3 elmi təcrübə həyata keçirəcək.
Bu təcrübələr çərçivəsində barama qurdlarının açıq kosmosda özlərini necə aparacağının tədqiqi də planlaşdırılır.
1news.az