Maqnus Karlsen yenidən şahmat üzrə dünya çempionu olub | 1news.az | Xəbərlər
İdman

Maqnus Karlsen yenidən şahmat üzrə dünya çempionu olub

09:25 - 01 / 12 / 2016
Maqnus Karlsen yenidən şahmat üzrə dünya çempionu olub

Norveçli Maqnus Karlsen çətinliklə də olsa Karyakini məğlub edib.

1news.az APA-ya istinadən xəbər verir ki, o, rusiyalı Sergey Karyakini 4-cü tay-breyk görüşündə məğlub edərək dünya çempionu titulunu qoruyub saxlaya bilib.

Beləliklə, şahmat tacı uğrunda Nyu-Yorkda keçirilən matç 9:7 hesabı ilə 26 yaşlı Norveç təmsilçisinin qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, 2013-cü ildə Maqnus Karlsen hindistanlı Vişvanatan Anandı məğlub edərək 16-cı dünya çempionu olub.

1news.az

Paylaş:
1134

Son xəbərlər

Bütün xəbərlər