Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

20:57 - 30 / 01 / 2017
Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Dünya Bankı ilə əməkdaşlığı çərçivəsində 2018-2030-cu illəri əhatə edən statistikanın inkişafı üzrə milli strategiyanın və orta müddətli fəaliyyət planının (2018-2022-ci illər) hazırlanması müzakirə edilib.

Dövlət Statistika Komitəsindən 1news.az -a verilən məlumata görə, müzakirələr komitənin sədri Tahir Budaqovun yanvarın 30-da Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Dünya Bankının dövlət sektoru üzrə baş mütəxəssisi Qreqori Kisunko, Azərbaycan Nümayəndəliyinin Əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı və digərlərinin iştirak etdiyi görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafı, iqtisadiyyatın şaxələndirilməsi barədə ətraflı məlumat verib.

Azərbaycan statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən danışan Tahir Budaqov Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunan Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələr və nəzərdə tutulan tədbirlərdən bəhs edib.

Komitə sədri davamlı iqtisadi inkişafa nail olunmasında və onun saxlanılmasında dəqiq statistikanın vacibliyini vurğulayıb, Dövlət Statistika Komitəsinin nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı ilə fəal əməkdaşlıq etdiyini qeyd edib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri N.Naqvi Dövlət Statistika Komitəsinin bank ilə fəal əməkdaşlıq etdiyini yüksək qiymətləndirdiyini qeyd edib. Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında perspektivlərdən danışan N.Naqvi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bildirib.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində 2018-2030-cu illəri əhatə edən statistikanın inkişafı üzrə milli strategiyanın və orta müddətli fəaliyyət planının (2018-2022-ci illər) hazırlanması, Dövlətstatkomun kadr potensialının gücləndirilməsi layihəsi müzakirə olunub.

1news.az

Paylaş:
768

Son xəbərlər

DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30
Bütün xəbərlər