Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında inkişaf edən ölkələr arasında ikinci yerə yüksəlib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında inkişaf edən ölkələr arasında ikinci yerə yüksəlib

12:24 - 01 / 02 / 2017
Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında inkişaf edən ölkələr arasında ikinci yerə yüksəlib

Azərbaycan Dünya İqtisadi Forumunun 2017-ci il üzrə inklüziv artım və inkişaf hesabatında inkişaf edən ölkələr arasında ikinci yeri tutub.

Dünya İqtisadi Forumunun saytında yerləşdirilmiş hesabatda 79 ölkənin reytinqi açıqlanıb. Litva və Azərbaycan 4,73 balla inklüziv inkişaf indeksi üzrə birinci və ikinci yerlərdə qərarlaşıb.

Hesabatda inklüziv inkişaf indeksinə görə ölkələr əsas 5 kateqoriya üzrə bölünüb. Azərbaycan stabil ölkələr siyahısında yer alıb.

AZƏRTAC

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər