Bağlanan bankların əmanətçilərinə 723 milyon manatdan çox kompensasiya ödənilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bağlanan bankların əmanətçilərinə 723 milyon manatdan çox kompensasiya ödənilib

15:20 - 02 / 02 / 2017
Bağlanan bankların əmanətçilərinə 723 milyon manatdan çox kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən fevralın 1–də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 135 min manat (ümumi kompensasiya öhdəliyinin 98,3 faizi), “Zaminbank” ASC-nin əmanətçilərinə 53 milyon 383 min manat (ümumi kompensasiya öhdəliyinin 73 faizi), “Kredobank” ASC-nin əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5 faizi) və “Dekabank” ASC-nin əmanətçilərinə isə 3 milyon 086 min manatdan (ümumi kompensasiya öhdəliyinin 98,7 faizi) artıq kompensasiya ödənilib.

1news.az-a Fonddan verilən xəbərə görə, 4 bank üzrə ümumilikdə 127 milyon 374 min manatdan artıq kompensasiya ödənilib.

Eyni zamanda, “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1 faizi), “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4 faizi) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 245 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97 faizi), “Gəncəbank” ASC-nin əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faizi), “Texnikabank” ASC-nin əmanətçilərinə isə 120 milyon 397 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,1 faizi) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 534 min manatdan artıq kompensasiya ödənilib.

Eyni zamanda, QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 434 milyon 823 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99 faizi əmanətçilərə ödənilib.

Ümumilikdə fond tərəfindən 10 bank üzrə 723 milyon 976 min manatdan artıq kompensasiya ödənilib.

1news.az

Paylaş:
456

Son xəbərlər

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:30İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar - YENİLƏNİBBu gün, 10:16Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıbBu gün, 10:03Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir17 / 05 / 2024, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib17 / 05 / 2024, 14:15
Bütün xəbərlər