RF Dövlət Duması və Federasiya Şurasına Xocalı soyqırımının tanınması ilə bağlı petisiya ünvanlanıb | 1news.az | Xəbərlər
Siyasət

RF Dövlət Duması və Federasiya Şurasına Xocalı soyqırımının tanınması ilə bağlı petisiya ünvanlanıb

16:35 - 04 / 05 / 2017
RF Dövlət Duması və Federasiya Şurasına Xocalı soyqırımının tanınması ilə bağlı petisiya ünvanlanıb

Rusiyalı alim, tarixçi Oleq Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün 2017-ci il mart ayının əvvəlindən başlayaraq petisiyaya başlayıb.

1news.az-a “Qafqaz Tarixi Mərkəzi” Təşkilatından verilən xəbərə görə, Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb.

Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiyanın Dövlət Dumasında faciənin soyqırım kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir.

Rusiya Dövlət Dumasını üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün www.change.org saytına daxil olmaqla imza sayını artırmaq mümkündür.

Qeyd edək ki, Rusiyanın Dövlət Dumasında sözügedən soyqırıma baxılması üçün bu petisiyaya 6 ay ərzində 200 min nəfər qoşulmalıdır.

9 milyonluq əhali üçün 200 min imzanı 6 ay ərzində toplamaq qəliz məsələ deyil, əksinə məqsədə daha tez nail oluna bilər.

Azərbaycan vətəndaşlarını bu linkə daxil olaraq petisiyanı dəstəkləməyə (imzalamağa) çağırırıq.

Mövzu ilə əlaqədar oxuyun:

Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb

Fransada Xocalı soyqırımının tanınması ilə bağlı petisiya təqdim edilib

Oleq Kuznetsov ermənilərin Moskvada törətdiyi terror aktları ilə bağlı petisiya hazırlayıb

S.Xankişiyeva

Paylaş:
1440

Son xəbərlər

“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56
Bütün xəbərlər