Elmar Məmmədyarov Cibuti Milli Assambleyasının prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Cibuti Milli Assambleyasının prezidenti ilə görüşüb

21:12 - 04 / 05 / 2017
Elmar Məmmədyarov Cibuti Milli Assambleyasının prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cibuti Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edildi. Parlament diplomatiyasının önəminin vurğulandığı görüşdə hər iki ölkə parlamentində yaradılan dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd edildi.

Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlum qətnamələrinin qəbulunda BMT TŞ-nın o zaman qeyri-daimi üzvü kimi Cibutinin fəal rolunu yüksək qiymətləndirdi. O, həmçinin Cibuti Respublikasının Milli Assambleyasında Xocalı soyqırımına dair qətnamənin qəbul edilməsinə, ümumilikdə, Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə ölkəmiz adından təşəkkür ifadə etdi.

Mohamed Əli Huməd Azərbaycan hökuməti tərəfindən Cibuti Respublikasına edilən humanitar yardıma görə minnətdarlığını çatdırdı və hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduqlarını bəyan etdi.

Nazir Elmar Məmmədyarov iqtisadi və humanitar əlaqələrin genişləndirilməsinin vacibliyinə toxundu. Qeyd olundu ki, hər iki ölkənin əlverişli strateji coğrafi mövqeyi hava və dəniz daşımaları sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir.

Mohamed Əli Huməd Cibutini Azərbaycan üçün Afrika və ərəb dünyasına “giriş qapısı” kimi xarakterizə etdi və bu xüsusda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Cibuti portu, “Azərbaycan Hava Yolları” QSC-nin Cibutinin müvafiq qurumları ilə əməkdaşlığını və qarşılıqlı səfər mübadiləsini təqdir etdi.

1news.az

Paylaş:
579

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər