İslamiadanın açılışı ilə əlaqədar bu marşrut xətlərində dəyişiklik ediləcək – SİYAHI
“IV İslam Həmrəyliyi Oyunları”nın açılış mərasimi ilə əlaqədar mayın 12-də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) fəaliyyət göstərməyəcək.
1news.az-ın Bakı Nəqliyyat Agentliyinə istinadən verdiyi xəbərə görə, həmin gün səhər saat 06:00-dan Bakı ətrafı kənd və qəsəbələrdən “Koroğlu” NMM-ə gələn marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müəyyən olunmuş istiqamətlər - metronun “Qara Qarayev”, “Neftçilər” və “Həzi Aslanov” stansiyalarına doğru dəyişdiriləcək.
Belə ki, 54, 62, 107, 131, 172, 173 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə “Neftçilər” metrostansiyasına, 139, 148, 163, 166, 184, 198, 204, 216, 214, 217 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan keçməklə “Qara Qarayev” metrostansiyasına, 101, 136, 150, 160, 171, 187 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Hava Limanı-Zığ beton yolundan keçməklə “Həzi Aslanov” metrostansiyasına yönləndiriləcək.
Dəyişikliyə əsasən, mayın 12-də 1 və 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən müvəqqəti olaraq fəaliyyətini dayandıracaqlar.
2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı S.Vurğun bağı olmaqla fəaliyyət göstərəcək.
4 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar İ.Hidayətzadə küçəsindən 28 May metrostansiyasına qədər hərəkət edəcək.
5 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar saat 16:00-dan etibarən N.Nərimanov – 28 May metrostansiyasına qədər fəaliyyət göstərəcək.
21 nömrəli marşrut xətti saat 16:00-dan etibarən “Əhmədli” metrostansiyasından son dayanacağı “Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.
32 nömrəli marşrut xətti E.Süleymanov küçəsindən “Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.
46 nömrəli marşrut xətti başlanğıc dayanacağı İ.İsmayılov küçəsi (Günəşli) olmaqla son dayanacağı “Xətai” metrostansiyasına qədər fəaliyyət göstərəcək.
88 nömrəli marşrut xətti başlanğıc dayanacağı 7-ci MKR olmaqla Hökümət evi – Z.Əliyeva – R.Behbudov küçələri istiqamətində fəaliyyət göstərəcək.
125 nömrəli marşrut xətti saat 16:00-dan etibarən Lökbatan NMM-dən Azneft dairəsinə qədər fəaliyyət göstərəcək.
H1 nömrəli marşrut xətti 28 May küçəsi – R.Behbudov – S.Rəhimov – Xətai pr. – Babək pr. – N.Rəfiyev – A.Cəlilov – Nobel pr. – Zığ beton yolu – Heydər Əliyev Hava Limanı, əks istiqamətdə isə Heydər Əliyev Hava Limanı – Zığ beton yolu – Nobel pr. – A.Cəlilov – K.Səfərəliyeva – 28 May küç. – “28 May” metrostansiyasına qədər fəaliyyət göstərəcək.
Babək Cahandarov