Collezione İtalia şourumunda bütün məhsullara möhtəşəm 50% endirim kampaniyası - FOTO
Mənzilin dizaynına ciddi yanaşıldığı bir dövrdə, interyeri hər zaman nəzərdə saxlamaq da vacib amillərdən hesab olunur. Gərgin iş günündən sonra rahat və gözəl mənzildə istirahətin yerini heç nə vermir.
Bu yaz interyerə yeni rənglər qatmağın tam zamanıdır. Çünki özündə 300-dən artıq İtaliya və Avropanın geniş ceşiddə mebel və interyer üçün istənilən məhsullarını cəmləşdirən Collezione İtalia-da möhtəşəm endirim kampaniyası başlayır. Collezione İtalia şourumunun fəaliyyətinin bir ili tamam olması münasibətilə mayın 14-dən iyunun 14-dək bütün məhsullara 50% endirim kampaniyası başlayır.
Beləliklə, evinizi daha gözəl etmək üçün artıq Avropaya getməyə ehtiyac qalmadı. İtaliya, Almaniya, İspaniya və digər Avropa ölkələrinin aparıcı fabrik və istehsalçılarının bütün brendlərini ən sərfəli qiymətə əldə etmək imkanını indi məhz Collezione İtalia təqdim edir.
Əsası 2012-ci ildə təsis edilmiş Collezione İtalia Azərbaycan bazarına 2016-cı ildə daxil olub. Elə həmin ilin mayında dünyanın aparıcı dizayner və interyerləri, memarlarının iştirakı ilə ekspozisiya mərkəzinin rəsmi açılışı baş tutub. 25 000 kv.m ərazidə yerləşən Collezione İtalia-da 300-dən cox Avropanın əfsanəvi brendlərindən ibarət zəngin kolleksiyalar və dünyanın məşhur dizaynerlərinin interyer həlləri cəmləşib.
Burada alıcılara dəbdəbəli klassik barokkodan ekoloji minimalizm olan hay-tek tərzinədək bütün üslublarda mebel və mətbəx nümunələri, santexnika məmulatları, bəzək materialları, divar kağızları, parketlər, qapılar, pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksessuarlar təklif edilir. Bu isə alıcılar və dizaynerlər üçün Collezione İtalia lüks interyer məkanının eksklüzivliyini və yeni yaradıcılıq axtarışlarına daim açıq olduğunu bir daha göstərir.
Hər kəsin Collezione İtalia-dakı bütün brendlərlə yaxından tanış olmaq, dizayn və keyfiyyəti qiymətləndirmək imkanı var.
Ünvan: Akademik Həsən Əliyev 139A
Tel: (012) 568-11-00
Facebook: https://www.facebook.com/CollezioneIt/
Reklam hüququnda