Almaniya səfiri Lənkərana səfər edib – FOTO
Avropa günü ilə əlaqədar keçirilən tədbirlərdən sonra səfir Mixael Kindsqrab Lənkəranda ikitərəfli siyasi və iqtisadi görüşlər keçirib.
1news.az-a Səfirlikdən verilən xəbərə görə, o, Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb və bu görüşdə rayounun xüsusilə kənd təsərrüfatı və turizm sahələrində iqtisadi potensialı haqqında ətraflı fikir mübadiləsi aparılıb
Səfir alman kapitalının da cəlb olunduğu Access bankın Lənkəran filialında da oldu və orada ona bölgədəki aktual iqtisadi vəziyyətlə əlaqədar məlumatlar verildi. Bank filialı söhbət zamanı səfirə Azərbaycanda özəl sektorda inkişaf haqqında danışdı.
Səfir Kindsqrab Lənkəran konserv zavodunda da oldu və orada ona zavodun yerli meyvə və tərəvəz istehsalçıları ilə əməkdaşlığı haqqında məlumat verildi.
Səfir “Yaşıl çay” şirkətinin alman kənd təsərrüfatı üsulu ilə fəaliyyət göstərən çay plantasıyasında şirkət sahibləri ilə çay istehsalı sahəsində inkişaf planları və artım şansları ilə əlaqədar fikir mübadiləsi apardı.
Qeyd edək ki, Mixael Kindsqrab 2016-cı ilin avqust ayından Almaniya Federativ Respublikasının Bakıdakı səfiridir. Onun diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirilir.
S.Xankişiyeva