Dünya Turizm Təşkilatının baş katibi “Dostluq” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Dünya Turizm Təşkilatının baş katibi “Dostluq” ordeni ilə təltif edilib

18:22 - 11 / 05 / 2017
Dünya Turizm Təşkilatının baş katibi “Dostluq” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifainin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifai “Dostluq” ordeni ilə təltif edilsin”.

1news.az

Paylaş:
925

Son xəbərlər

Bütün xəbərlər