Estoniyada sürücüsüz avtobuslar fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
Dünya

Estoniyada sürücüsüz avtobuslar fəaliyyət göstərəcək

09:32 - 18 / 07 / 2017
Estoniyada sürücüsüz avtobuslar fəaliyyət göstərəcək

Tallinndə “Easymile” sürücüsüz avtobuslar fəaliyyət göstərəcək.

1news.az-ın psm7.com-a istinadla verdiyi xəbərə görə, şəhər sakinləri və qonaqlar nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

Əvvəlcə test rejimində işləyəcək avtobuslar nəzarət prosedurunu keçməli və Şose Yolları Departamentinin icazəsini almalıdır. Bir avtobusda 8 sərnişin yerləşə bilər. Hər avtobusda sərnişinlərə yolboyu yeni texnologiyalar haqqında məlumat verəcək bələdçi işləyəcək.

Ekspert qrupunun rəhbəri Konsa Pirkonun sözlərinə görə, bu texnologiyanın ciddi üstünlükləri var: onu əhalinin az sıx yaşayan rayonlarında uğurla istifadə etmək olar. Həmçinin sürücüsüz nəqliyyat daha təhlükəsizdir, belə ki, yollarda qəzaların 90 faizi insanların diqqətsizliyi səbəbindən baş verir.

S.Xankişiyeva

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər