Kabildəki terrorun qurbanlarının sayı artıb - YENİLƏNİB
Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın hakimiyyət orqanlarından məlumat verilib.
Daha əvvəl partlayış nəticəsində 24 nəfərin öldüyü haqqında məlumat verilib. Məlumata görə, terrorçuların məqsədi Mədən və Neft Nazirliyinin işçilərini daşıyan mikroavtobusu partlatmaq olub. Hadisə nəticəsində həlak olanların hamısı dinc sakinlərdir.
Partlayış Əfqanıstan icra rəisinin müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.
Qeyd edək ki, partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
09:52
Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 24-yə çatıb.
1news.az AFR-ə istinadla xəbər verir ki, ən azı 42 nəfər yaralanıb.
Daha əvvəl partlayış nəticəsində 20 nəfərin öldüyü haqqında məlumat verilib. Məlumata görə, terrorçuların məqsədi Mədən və Neft Nazirliyinin işçilərini daşıyan mikroavtobusu partlatmaq olub. Hadisə nəticəsində həlak olanların hamısı dinc sakinlərdir.
Partlayış Əfqanıstan icra rəisinin müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib. Terrorçu qrupların heç biri hələlik hadisənin məsuliyyətini öz üzərinə götürməyib.
Pərvanə Sultanova