“Qarabağ” “Şerif”ə qarşı | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” “Şerif”ə qarşı

12:27 - 25 / 07 / 2017
“Qarabağ” “Şerif”ə qarşı

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

1news.az-ın məlumatına görə, bu raundda ilk qarşılaşmasına çıxacaq Azərbaycan çempionu “Qarabağ” Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 21:00-da başlayacaq.

Ardıcıl 4-cü dəfə qitənin ən nüfuzlu klub turnirində çıxış edən “Qarabağ” əvvəlki cəhdlərində “ilişdiyi” III təsnifat mərhələsini keçib pley-off-a çıxmaqla tilsimi qırmağa çalışacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

25 iyul

21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanav, Vitali Malyutsin (hər ikisi Belarus)

Dördüncü hakim: Viktor Şimusik (Belarus)

UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Babək Cahandarov

Paylaş:
623

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər