Bərdənin iki kəndinə təbii qaz verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bərdənin iki kəndinə təbii qaz verilib

10:53 - 26 / 07 / 2017
Bərdənin iki kəndinə təbii qaz verilib

Bərdə rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin siyahısına Otuzikilər və Bayramlı kəndləri də əlavə edilib.

1news.az-ın məlumatına görə, ümumilikdə 554 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 86,2 kilometr müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə qazın verilməsi münasibətilə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər sakinləri kəndlərin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Bərdə rayonunda həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Diqqətə çatdırılıb ki, Bərdə rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir. Artıq rayonun 104 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Mollalı kəndinin qazlaşdırılması yekunlaşıb. Lənbəran kəndində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Daha 4 kəndin qazlaşdırılması üçün layihə işləri görülməkdədir.

Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

Babək Cahandarov

Paylaş:
994

Son xəbərlər

Bütün xəbərlər