Samsung Galaxy J5 – şəxsi məlumatlarınızın etibarlı qoruyucusu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung Galaxy J5 – şəxsi məlumatlarınızın etibarlı qoruyucusu

10:10 - 27 / 07 / 2017
Samsung Galaxy J5 – şəxsi məlumatlarınızın etibarlı qoruyucusu

Texnologiyanın başlıca rol oynadığı dövrdə həyatımızın hər bir yönü tədricən internet şəbəkəsinin bir hissəsinə çevrilir və ya artıq onun bir hissəsi olur.

Belə olduğu halda, şəxsi məlumatlarımızı kənar şəxslərdən qorumaq istəyimiz təbiidir. İndi artıq hər bir məsələ internet vasitəsi ilə həll olunur, xərclər ödənir, filmlər seyr edilir, şəbəkə daşıyıcılarında böyük həcmli məlumatlar saxlanılır və insanlar arasında ünsiyyət yaradılır. Lakin, adətən istifadə etdiyimiz münasib qiymətli adi smartfonlar şəxsi məlumatlarımızın tam şəkildə qorunmasını təmin etmir.

Bu problemin həlli  Samsung-dan yeni J (2017) seriyalı smartfonlardır. Tam metalik korpuslu yeni Samsung Galaxy J5 təkmilləşdirilmiş içliyə və yüksək dərəcəli mühafizəyə malikdir. Bu cihazlar trend dizaynı, funksionallığı və müasir mühafizə sistemini özündə birləşdirən yeni smartfondurlar.  Əsas kameranın “çıxıntısız” yerləşdirildiyi, detalları xüsusi diqqətlə işlənmiş yeni Samsung Galaxy J5 smartfonunun tam metalik korpusla təchiz olunması sayəsində, smartfonu hətta bir əllə də istifadə etmək olduqca asandır.

Ön tərəfdən smartfonun  korpusu 5,2” Super AMOLED HD displeyi qoruyan 2.5D effektli şüşə ilə örtülüb. Həmçinin, burada mexaniki “Home” düyməsinin üzərində daktiloskopik skaner də yerləşir. Beləliklə, şəxsi məlumatlarınız, saxtalaşdırılması və dəyişilməsi mümkün olmayan, unikal barmaq “izinizlə” qorunur. Qeyd edək ki, bu qiymət diapazonunda çox az smartfon bu cür təkmilləşdirilmiş içliyin və barmaq izi skanerinin mövcudluğu ilə seçilir.

Mühüm kontent üçün əlavə mühafizəni təmin etməyə Secure Folder funksiyası kömək edir. Bu funksiya ancaq sizin istifadə edə biləcəyiniz əlavə mühafizə dərəcəli şəxsi  və tam sifrələnmiş “sahə” yaratmağa imkan yaradır. Siz sadəcə bir “qovluq” yaradaraq seçdiyiniz məlumatları oraya yerləşdirib, “qovluğu” şifrə ilə kilidləyirsiniz.

Yüksək səviyyəli mühafizə Galaxy J5 smartfonunun yeganə üstünlüyü deyil.  Samsung Galaxy J5 2 Qb RAM-la və lazım gəldikdə microSD kart vasitəsi ilə 256 Qb-ta qədər artırılması mümkün olan16 Qb daxili yaddaşla təchiz olunub.  Bu xarakteristikaları sayəsində Galaxy J5 “yüklənmir”  və “donmur” və verilmiş hər komanda və məsələni sürətlə həll edən bu smartfon cəld  reaksiyası ilə fərqlənir. Tanınmış bir çox oyun əlavəsini dəstəkləyərək, J5 oyun mühitində də özünü çox rahat hiss edir.

Yaxşılaşdırılmış optikası və işıq qüvvəti olan 2 ədəd 13 MP kamera ilə təchiz olunmuş smartfon, şəraitdən asılı olmayaraq aydın və dəqiq şəkillər eldə etməyə imkan yaradır. F/1.7  aperturalı əsas kamera hətta zəif işıqlandırılma şəraitində belə gücləndirilmiş detalizasiyalı şəkil çəkməyə imkan yaradır. Sadələşdirilmiş interfeys və “üzən” çəkim düyməsi sayəsində isə smartfonun köməyi ilə hətta tək əllə də asanlıqla şəkil çəkmək mümkündür.

Samsung Galaxy J5 frontal kamerası LED flaş və işıq qüvvətli F1.9 diafraqmasının sayəsində günün qaranlıq saatlarında və zəif işıqlandırılma şəraitində belə yüksək detalizasiyalı aydın və dəqiq şəkillər çəkməyə imkan yaradır.  Samsung Galaxy J5 smartfonu ilə siz hətta  adi jest ilə selfi çəkə bilərsiniz, sadəcə kameraya “əlinizin içini” göstərməyiniz yetərlidir. Bu jesti çəkmək komandası kimi qəbul edən smartfon dərhal şəkilinizi çəkəcək. Bu funksiyanın adı da elə buradan ilhamlanıb - PALM Selfie.

J5-in üstün xüsusiyyətlərindən biri də onun ikinci sim kartı dəstəkləməsidir. Lakin, istehsalçı sadəcə ikinci kart üçün slot ayırmaqla kifayətlənməyib, indi Dual Messenger funksiyası ilə siz ikinci nömrənizin bütün imkanlarından istifadə edə biləcəksiniz. Smartfon bir mesenger üçün iki akkaunt yaratmağa imkan yaradır, başqa sözlə desək – iki nömrə, iki ayrı akkaunt. İstifadəçilər mesengerin ikinci akkauntunu  istər əsas menyudan,  istərsə də ayarlar menyusundan idarə edə bilərlər.

Yeni  Samsung Galaxy J5 metalik dizaynlı, təkmilləşdirilmiş içlikli və artırılmış mühafizəli mükəmməl smatfondur.  Yeni “J” seriyalı smartfonları, o cümlədən Samsung Galaxy J5 smartfonunu artıq: «BakuElectronics», «İrshadTelecom», «KontaktHome», «Maxi.az» və «Soliton» mağazalar şəbəkəsində əldə etmək olar.

*Diqqət! Samsung smartfonlarını alarkən mütləq orijinallıq holoqramına nəzər yetirin.

Reklam hüququnda

Paylaş:
733

Son xəbərlər

Bütün xəbərlər