Qadınlar üçün ən təhlükəli ölkələr hansılardır? | 1news.az | Xəbərlər
Dünya

Qadınlar üçün ən təhlükəli ölkələr hansılardır?

13:20 - 31 / 07 / 2017
Qadınlar üçün ən təhlükəli ölkələr hansılardır?

Forbes jurnalı qadınlar üçün səyahət edilə biləcək dünyadakı ən təhlükəli 10 ölkənin adını açıqlayıb.

1news.az xəbər verir ki, siyahıda birinci yerdə Misirdir. Məlumatda vurğulanıb ki, Misirdə baş verən siyasi hadisələr, həyata keçirilən teror hücumları bu ölkəni təhlükəli edib.

İkinci sırada yer alan Mərakeş isə ABŞ vətəndaşlarına qarşı terror riski səbəbindən təhlükəli sayılır. Üçüncü yerdə  Yamayka qərarlaşıb.

Siyahıda, həmçinin Hindistan, Peru, Baham adaları, Kolumbiya, Ekvador, Türkiyə və Qvatemala da var.

P.Sultanova

 

Paylaş:
799

Son xəbərlər

Bütün xəbərlər