“Şerif” - “Qarabağ”: komandamız hesabda irəli çıxıb - 1:0 YENİLƏNİB | 1news.az | Xəbərlər
İdman

“Şerif” - “Qarabağ”: komandamız hesabda irəli çıxıb - 1:0 YENİLƏNİB

22:06 - 01 / 08 / 2017
“Şerif” - “Qarabağ”: komandamız hesabda irəli çıxıb - 1:0 YENİLƏNİB

Şerif” - “Qarabağ” oyununun ilk hissəsi 1:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. 

Oyuna fəal başlayan Moldova komandasının futbolçuları bir neçə real qol imkanları yaratsalar da, bundan yararlana bilməyiblər. Müdafiədə dəqiq oynayan “Qarabağ” qapısını toxunulmaz saxlayıb və təhlükəli əks-hücumlar təşkil edib.

Matçın 39-cu dəqiqəsində Qara Qarayevin cərimə zərbəsi qapıdan bir qədər aralı keçib. Bundan dörd dəqiqə sonra rəqib komandanın qapıçısı Donald Qeryenin güclü zərbəsini çətinliklə dəf edib. Nəhayət, birinci hissəyə əlavə edilmiş dəqiqələrdə Dino Ndlovu oyunda hesabı açıb

21:21

“Qarabağ” komandası futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində cavab matçına çıxıb.

1news.az xəbər verir ki, Ağdam klubu səfərdə Moldovanın “Şerif” komandası ilə qarşılaşır.

“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Riçard Almeyda, Miçel, Dino Ndlovu, Donald Qerye, Ansi Aqolli və Mahir Mədətov yer alıblar.

Moldova çempionunun ilk on birliyində isə meydana Zvonimir Mikoliç, Raku Petru, Viktor Oliviera, Jeremy De Nooiyer, Kristiano Da Silva, Vitalie Damaşkan, Kiril Bayala, Yosip Brezoviç, Ziduy Badibanqa, Mateo Susiç və Vaçeslav Posmak çıxıblar.

Tiraspol şəhərində “Şerif” stadionunda keçirilən oyunu İsraildən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Roy Reynşreyberdir. Ona həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç kömək edirlər. Oyunda dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirir.

Xatırladaq ki, bu komandalar arasında Bakıdakı ilk görüş 0:0 hesabı ilə başa çatıb.

Azərbaycan çempionu səfərdə sərfəli nəticə əldə edəcəyi təqdirdə qitənin ən nüfuzlu klub turnirində “play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olacaq.

1news.az 

Paylaş:
944

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər