Keçən ay Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi açıqlanıb
2017-ci ilin sentyabr ayı ərzində 1 milyon 901 min 415 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
1news.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat veriblər. Məlumata görə, bu həcmin 1 milyon 204 min 943 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 140 min 954 ton təşkil edib.
“Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 338 milyon 975 min 553 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb”- deyə, SOCAR-dan bildiriblər.
Babək Cahandarov
371