Azərbaycan arxeologiyasına dair yeni kitab nəşr olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan arxeologiyasına dair yeni kitab nəşr olunub – FOTO

18:03 - 16 / 10 / 2017
Azərbaycan arxeologiyasına dair yeni kitab nəşr olunub – FOTO

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin “Azərbaycan arxeologiyası: uğurlar, problemlər, perspektivlər” adlı kitabı nəşr olunub.

1news.az-ın məlumatına görə, kitabda N.Müseyiblinin son illər Azərbaycan arxeologiya elminin müxtəlif problemlərinə dair bir sıra qəzetlərdə və bəzi jurnallarda nəşr olunmuş elmi-publisistik məqalələri toplanıb. Həmin məqalələrin bəziləri ilk nəşrdən fərqli olaraq göstərilən əsərdə daha çox elmi aspektdə verilib.

N.Müseyiblinin müəllifi olduğu kitabdakı məqalələrin bir qrupu tarixi-arxeoloji abidələr barədə ölkə Prezidentinin sərəncamlarının yerinə yetirilməsi ilə bağlı vəzifələrin şərhinə həsr olunub.

Məqalələrdə eyni zamanda arxeoloji abidələrin tədqiqat problemləri, mühafizəsi və xilas edilməsi yolları geniş şərh edilib. Azərbaycan arxeologiya elmində mühüm hadisələr, arxeologiyada elmi-təşkilati işlər, qədim tariximizin öyrənilməsində arxeologiyanın əhəmiyyəti, bu elmdə müstəsna xidmətləri olan alimlər barədə yazılar kitabda yer alıb.

Oxucuların marağına səbəb olacaq məqamlardan biri­­ - kitabda ən aktual elmi problemlər olan Azərbaycanın erkən dövlətçilik tarixi və xalqımızın etnogenez tarixinin arxeoloji və paleoantropoloji tədqiqatlarla öyrənilməsi ətraflı təhlil edilib.

Əsər arxeologiya və tarix üzrə mütəxəssislərlə yanaşı, geniş oxucu auditoriyası üçün də nəzərdə tutulub.

 

Babək Cahandarov

Paylaş:
479

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər