Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

21:51 - 26 / 10 / 2017
Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən 1news.az-a verilən məlumata görə, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 “B” ünvanında yerləşən yaşayış binasında istehlakçıların təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

“Azəriqaz” İstehsalat Birliyi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

1news.az

Paylaş:
490

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər