Fələstində toqquşmalar, yaralılar var - FOTO | 1news.az | Xəbərlər
Dünya

Fələstində toqquşmalar, yaralılar var - FOTO

17:21 - 08 / 12 / 2017
Fələstində toqquşmalar, yaralılar var - FOTO

İordan çayının Qərb sahilində və Qəzza bölgəsində ABŞ-ın Qüdsü İsrailin paytaxt kimi tanıması qərarına etiraz olaraq keçirilən aksiyalarda 100-dən çox adam yaralanıb.

1news.az xəbər verir ki,  bu gün cümə namazından sonra Fələstinin bir neçə şəhərində etiraz aksiyaları başlayıb.

Qeyd olunur ki, aksiyalar polis qüvvələri ilə toqquşmaya çevrilib.

Toqquşmalar zamanı Qərb sahilində 95, Qəzza bölgəsində 15 nəfər yaralanıb.

Bölgədə etiraz aksiyaları davam edir.

1news.az

Paylaş:
632

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər