AŞPA-nın qış sessiyasının ilkin gündəliyi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

AŞPA-nın qış sessiyasının ilkin gündəliyi açıqlanıb

14:47 - 20 / 12 / 2017
AŞPA-nın qış sessiyasının ilkin gündəliyi açıqlanıb

AŞPA-nın 2018-ci ildə keçiriləcək ilk sessiyasının ilkin gündəliyi açıqlanıb.

1news.az  xəbər verir ki, yanvarın 22-26-da Strasburqda keçiriləcək sessiya zamanı AŞPA-nın prezidenti, insan haqları üzrə yeni komissar və Avropa İnsan Haqları Məhkəməsinə hakim seçiləcək. 

 Sessiyada AŞ baş katibi çıxış edəcək və insan hüquqları üzrə komissar 2017-ci ildə fəaliyyətinə dair hesabatını təqdim edəcək.

Daha sonra Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya ilə mübarizədə Avropa Şurasının və digər əlaqədar qurumların rolu məsələləri barədə fikir mübadiləsi aparılacaq.

1news.az

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər