Peruda güclü zəlzələ: 2 nəfər ölüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Peruda güclü zəlzələ: 2 nəfər ölüb - YENİLƏNİB

18:35 - 14 / 01 / 2018
Peruda güclü zəlzələ: 2 nəfər ölüb - YENİLƏNİB

Peruda baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 nəfərə çatıb.

Bu barədə ölkənin Mülki Müdafiə İnstitunun rəhbəri Xorxe Çaves deyib.

65 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

17.14

Peru sahillərində 7,3 maqnitudalı zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, ABŞ-ın Sakit okean üzrə Xəbərdarlıq Mərkəzi Peru sahillərində güclü zəlzələdən sonra sunami təhlükəsi elan edib.

Peru sahilləri 0,3 metrdən 1 metrə qədər hündürlükdə sunami təhlükəsi ilə üzləşib.

S.Xankişiyeva

 

Paylaş:
622

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər