Nalbandyan həmsədrlərlə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Nalbandyan həmsədrlərlə görüşüb

09:45 - 18 / 01 / 2018
Nalbandyan həmsədrlərlə görüşüb

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Ermənistan XİN açıqlama yayıb. Görüşdə Minsk Qrupunun həmsədrləri Endryü Şhofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov  (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini, Vyana, Sankt-Peterburq və Cenevrədə sammitlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi yollarını müzakirə ediblər. Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılması üçün atəşkəs razılaşmasına ciddi riayət edilməsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinn ofisinin monitorinq imkanlarının genişləndirilməsi, atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

P.Sultanova

 

Paylaş:
703

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər