ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin tarixi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin tarixi açıqlanıb

22:20 - 18 / 01 / 2018
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin tarixi açıqlanıb

ATƏT Minsk Qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.

1news.az-ın xəbərinə görə, bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib.

Nazir qeyd edib ki, müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: “Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”

1news.az

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər