Müdafiə Nazirliyi: Ermənistan mətbuatının yaydığı xəbərin heç bir əsası yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Ermənistan mətbuatının yaydığı xəbərin heç bir əsası yoxdur

11:10 - 21 / 01 / 2018
Müdafiə Nazirliyi: Ermənistan mətbuatının yaydığı xəbərin heç bir əsası yoxdur

Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirilməsi barədə yaydığı xəbərin heç bir əsası yoxdur və bu yalan informasiyadır.

1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirib ki, Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulması barədə verilən xəbərdən dərhal sonra ermənilər bu kimi dezinformasiya yayıblar.

Bildirilib ki, Azərbaycan Ordusu cəbhə xəttində atəşkəs rejiminə tam riayət edir: “Düşmənin iddia etdiyi kimi əgər tərəfimizdən bu cür tədbir həyata keçirilərdisə, o zaman Ermənistan qoşunlarının çoxsaylı itkilərə məruz qalması qaçılmaz olardı”.

Ermənistan ordusu Qazaxın Qaymaqlı kəndini atəşə tutub

S.Xankişiyeva

 

Paylaş:
654

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər