Millət vəkilləri: İlham Əliyevin prezident seçkilərində qalib gələcəyi şübhəsizdir – RƏY | 1news.az | Xəbərlər
Siyasət

Millət vəkilləri: İlham Əliyevin prezident seçkilərində qalib gələcəyi şübhəsizdir – RƏY

15:40 - 09 / 02 / 2018
Millət vəkilləri: İlham Əliyevin prezident seçkilərində qalib gələcəyi şübhəsizdir – RƏY

Məlum olduğu kimi, fevralın 8-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib.

YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələrin iştirak etdikləri qurultayda aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin namizədliyi irəli sürülərək yekdilliklə qəbul olunub.

Sözügedən qərar tək YAP üzvləri tərəfindən deyil, partiyaya üzv olmayan insanlar tərəfindən də böyük coşğu ilə qarşılanıb.

Qərara münasibət bildirən millət vəkili Musa Qasımlı YAP tərəfindən Prezident İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinin tamamilə təbii hal olduğunu söyləyib.

Millət vəkili İlham Əliyevin prezident seçkilərində qələbə qazanacağına əminliyini də ifadə edib:

“Cənab Prezidentimiz İlham Əliyevin namizədliyinin irəli sürülməsi tamamilə təbiidir, siyasi partiya mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan dövlətinin daha güclü olmasını, ölkəmizin sabit və davamlı inkişafını, xalqımızın daha yaxşı yaşamasını istəyən hər bir şəxsin ürəyindəndir.  İlham Əliyev Azərbaycan tarixində bir çox ilklərə imza atmış görkəmli dövlət və siyasi xadimdir. Onun seçkilərdə alternativi yoxdur və parlaq qələbə qazanacağı şəksizdir”.

Millət vəkili Zahid Oruc da 1news.az-a açıqlamasında prezident seçkilərində Prezident İlham Əliyevin qalib gəlmək şanslarını yüksək qiymətləndirməklə yanaşı, dövlət başçısının sədri olduğu Yeni Azərbaycan Partiyasının öz gücünə və imkanlarına görə seçildiyini söyləyib:

“Artıq seçki kampaniyası elan olunub və hakim partiya özünün monolitliyinə görə ölkənin siyasi palitrasında əsas güc mərkəzidir. Həm təşkilati strukturlarına görə, həm ideya və siyasi imkanları baxımından, həm də liderinin dövlət başçısı olması səbəbindən partiyanın qarşıdakı dönəmdə də gücü, imkanları və verdiyi qərarlar ölkənin gələcək həyatını təyin etməkdədir. YAP bu dövr ərzində hər zaman ölkə rəhbərinin yürütdüyü siyasətin yanında olub, bütün gücü ilə onu müdafiə etməyə çalışıb, əzmkarlıq var, siyasi təcrübə mövcuddur. Bu baxımdan hesab edirəm ki, qurultayda göstərilən yüksək ruh, iştirakçıların orada verilən qərara yanaşması onların təmsil etdiyi böyük qüvvənin, gücün hərəkətə gətirilməsinə, onların imkanlarının səfərbər olunmasına yol açacaq.

Mənim anlamımda İlham Əliyevin rəqibi konkret şəxslər deyil. Bunlar ötən onillər ərzində istər Qarabağ prosesi ətrafında təmərküzləşən qüvvələrdir, Azərbaycanı müxtəlif forpostlara cəlb etmək, müxtəlif bloklara qoşmaq, iradəsinə zidd olaraq savaşlara qatmaq istəyən dairələrdir, ölkənin resurslarını ələ keçirmək uğrunda mübaizə aparan mərkəzlərdir və s.

Dövlət başçısı kimi açıq və gizli olaraq hansı dairələrlə real mübarizə apardığı İlham Əliyevə yaxşı bəllidir. Digər tərəfdən cəmiyyətdən ona verilən etimad votumu ona imkan verəcək ki, ölkə rəhbəri seçiləcək şəxs, hansı ki, bütün qüvvə və imkanlarına görə bu İlham Əliyevdir, həmin prosesi, illər ərzində qurulmuş modeli irəliyə aparsın. Bu məsələnin üst qatda olan milli problemlərə aid olan hissəsidir”.

Prezident İlham Əliyevin qurultayda çıxışına da toxunan millət vəkili bildirib ki, dövlət başçısının qurultayda çıxışı zamanı ötən dövrün ümumiləşdirilməsi və gələcək zamanın vəzifələrini özündə ehtiva edən platforma xarakterli çıxışı zamanı, həm də daxili həyatda aparıla biləcək struktur, intitusional, iqtisadi və siyasi islahatlar haqqında da öz tezislərini geniş şəkildə ortaya qoydu.

Seçkinin rəqabətli mübarizə şəraitində keçməsi ilə bağlı istəyini dilə gətirən Zahid Oruc ölkəmizin beynəlxalq nüfuzunun artması baxımından bunun vacib olduğunu vurğulayıb:

“Düşünürəm ki, belə olan kontekstdə artıq seçki mübarizəsi başlayıb. Hər kəs iddiaçı olaraq burada iştirak edə və öz mövqeyini ortaya qoya bilər. Çox istəyərdik ki, seçkilər rəqabətli bir mübarizə şəraitində keçsin. Çünki Azərbaycan seçki prosesində təkcə xalqın iradəsi ilə gəlib seçki məntəqəsində ifadə etməsi ilə deyil, eyni zamanda regional və beynəlxalq aləmdə hər seçki prosesində Azərbaycanın mövqelərinin gücləndirilməsi cəhdindən təhlil etməliyik. Bu üzdən hesab edirəm ki. çox mühüm bir dövrə qədəm qoymuşuq. Azərbaycan insanı bu prosesin fərqindədir. Dövlət tərəfindən verilən qərarların hansı səbəblərə, hansı regional və beynəlxalq amillərə bağlı olduğu dərk edilir. Bu axarda iki ay imkan verəcək ki, seçki mübarizəsi və onun nəticəsində ölkənin gələcək taleyi bir daha müəyyənləşmiş olsun”.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə yap.org.az saytına  açıqlamasında bildirib ki, YAP-ın qurultayında məhz İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə xalqın istəyi rəsmiləşdirilmiş oldu:

“Çünki, İlham Əliyev təkcə 700 mindən çox üzvü olan YAP-ın deyil, ümumilikdə xalqın mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir və eyni zamanda, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi sosial sifariş idi”.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevə olan xalqın inamı, istəyi, onun növbəti dəfə də Prezident seçilməsini arzulamasının əsasında dövlət başçısının 15 il ərzində görüdüyü işlər, insanlara nümayiş etdirdiyi qayğı və diqqəti durur:

“Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sabitliyi və dimanik inkişafı qorunub saxlanılır. Məhz, bu səbəbdən də, Azərbaycan seçiciləri cənab İlham Əliyevi yenidən Prezident görmək istəyir. Elə buna görə də xüsusi olaraq qeyd etmək lazımdır ki, YAP 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyini irəli sürməsi ilə insanlarımızın istək və arzularını reallaşdırdı”.

1news.az

Paylaş:
953

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər