Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası başlayıb

1news Redaksiyası12:24 - 09 / 02 / 2018
Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası başlayıb

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası başlayıb.

1news.az  xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilən iclasda tərəflər "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" çərçivəsində mövcud münasibətlərin vəziyyətini, Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqları müzakirə edəcəklər.

Həmçinin, iqtisadi və ticarət əməkdaşlığı, Azərbaycanda iqtisadi islahatlar, demokratiya, qanunun aliliyi və insan hüquqları kimi siyasi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

E.Məmmədyarov və Mogerini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və bir sıra digər regional məsələləri də müzakirə edəcəklər.

1news.az

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər