Fərhad Abdullayev: Azərbaycanda seçkilərin şəffaf və demokratik keçirilməsi üçün böyük işlər görülüb | 1news.az | Xəbərlər
Siyasət

Fərhad Abdullayev: Azərbaycanda seçkilərin şəffaf və demokratik keçirilməsi üçün böyük işlər görülüb

12:36 - 15 / 02 / 2018
Fərhad Abdullayev: Azərbaycanda seçkilərin şəffaf və demokratik keçirilməsi üçün böyük işlər görülüb

Azərbaycanda seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsi üçün indiyə qədər Mərkəzi Seçki Komissiyası tərəfindən böyük işlər görülüb.

Hər bir dövlətdə seçkilər onun imicinə çox ciddi təsir göstərir. Bu baxımdan dövlətimiz və ictimaiyyətimiz hər zaman seçkilərə çox böyük önəm verir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev fevralın 15-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və bir sıra digər normativ hüquqi aktlar, həmçinin Mərkəzi Seçki Komissiyasında qəbul olunan qərarlar seçki prosesinin qanunlar çərçivəsində şəffaf keçirilməsinin təmin olunmasına yönəldilib. Qeyd edib ki, müasir texnologiyaların imkanlarından istifadə etməklə seçki prosesinin izlənməsi və digər mütərəqqi addımlar təqdirəlayiqdir.

“Bu gün dünyada seçicilərin öz hüquqlarından istifadə etmələri ilə bağlı problemlər mövcuddur. Misal üçün, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında aktiv seçki hüququnun məhdudlaşdırılması, xüsusilə məhkumların hüquqlarının məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edilib. Bir sıra Avropa ölkələrində də bu məhdudiyyət var. Ancaq Azərbaycanda belə məhdudiyyət yoxdur və əlbəttə ki, bu, çox mütərəqqi bir addımdır. Azərbaycanda əhalinin bütün elektoratı, o cümlədən azadlıqdan məhrum edilən şəxslər də seçkilərdə iştirak edəcəklər”, - deyə Fərhad Abdullayev vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
935

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər