Misirin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır | 1news.az | Xəbərlər
Siyasət

Misirin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

15:34 - 20 / 02 / 2018
Misirin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Xarici işlər naziri Elmar Məmmədyarov Misirin Azərbaycandakı səfiri Suzan Cəmil Nouhu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, görüşdə tarixi və ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Misir arasında əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Suzan Cəmil Nouh diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Misir arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

Tərəflər hökumətlərarası Birgə Komissiyanın tezliklə iclasının keçiriləcəyini müsbət addım kimi qeyd edərək Komissiyanın fəaliyyətinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə ümidvarlıqlarını ifadə ediblər.

Misirin Qoşulmama Hərəkatının təsisçi dövlətlərindən biri olduğu qeyd olunaraq, 5-6 aprel tarixlərində ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransı və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barəsində fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov səfir Suzan Cəmil Nouha gələcək fəaliyyətində uğurlar arzu edib.

1news.az

 

Paylaş:
667

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər