Dünyanın ən gözəl və varlı qadınları – FOTO
Richests.com saytı dünyanın ən gözəl varlı qadınlarının siyahısını hazırlayıb. Siyahıdakı qadınlar həm gözəllikləri, həm də var-dövlətləri ilə diqqət mərkəzindədi.
Onlardan bəziləri doğulduqları gündən böyük sərvət sahibidir, bəziləri isə öz zəhmətləri hesabına bu yerə gəlib çıxıblar.
- İvanka Tramp
ABŞ prezidenti Donald Trampın qızı. Əmlak sektorunda fəaliyyət göstərib, bir müddət modellik edib, şəxsi moda markası ilə məşhurdur.
- Josie Ho
Makaunun ən böyük qumarxanalarına sahib olan Stanley Honun qızı. Çində məşhur aktrisa və müğənnidir. Stanley Honun 17 övladından biri olan Josie atasının varislərindən biridir.
- Amanda Harst
Media kralı Uilyam Randof Harstın nəvəsidir. Amanda eyni zamanda model və baş redaktordur. Ailəsinin sahib olduğu "Harst Corporation"dan müstəqil həyat yaşayır, amma var-dövlətinin böyük hissəsinə görə ailəsinə borcludur.
- Ceorcina Bloomberq
Amerikalı siyasətçi və iş adamı Maykl Bloomberqin qızıdır. Ceorcina pulunun böyük hissəsini xeyriyyə təşkilatlarına xərcləyən yardımsevərdir.
- Holli Branson
Milyarder Riçard Bransonun qızı, 400-dən çox şirkətin səhmdarı olaraq böyük bir sərvətin sahibidir. Tibb fakültəsinin məzunu olsa da, sonradan atasının sahibi olduğu "Virgin Group"da iş həyatına başlayıb.
- Dilan Lauren
Məşhur moda maqnatı Ralp Laurenin qızıdır. Dilan Nyu Yorkda açdığı və dünyanın ən böyük şirniyyat mağazası olan "Dylan’s Candy Bar" sayəsində böyük uğur qazanıb.
- Vanişa Mittal
Dünyanın ən varlı adamlarından olan hind Lakşmi Mittalın qızıdır. 2004-cü ildə baş tutan toyu ilə bütün dünyada tanınıb. Milyonlarla dolların xərcləndiyi toy həmin vaxt tarixin ən bahalı ikinci toyu olmuşdu. Vanişa atasının sağ əli olaraq "Mittal" şirkətlər qrupunun İdarə Heyətində yer alıb.
- Aerin Lauder
Məşhur kosmetika markası "Estee Lauder"in qurucusunun nəvəsidir. Şirkətin 16 faizinə, yəni ən azı 1 milyard dollar sərvətə sahibdir.
- Anna Anisimova
Rus mədən kralı Vasili Anisimovun qızıdır. Anna "Rusiyanın Paris Hiltonu" adlandırılır. 3.4 milyard dollarlıq mirasın sahibi olacaq.
- Julia Dreyfus
"Emmy" və "Qızıl Qlobus" mükafatlarına sahib olan amerikalı aktrisa 1990-1998-ci illər aralığında yayımlanan "Seinfeld" serialında canlandırdığı Elaine Benes ilə tanınır. Fransız bir milyarder ailənin qızı olan Julianın 3.4 milyard dolları var.
- Sara Blakeli
"Spanx" adlı alt paltarı markasının qurucusudur. "Forbes"in milyarderler siyahısında sərvətini təkbaşına əldə edən ən gənc qadındır. Ümumi sərvəti 1.04 milyard dollardır.
- Şarlotte Kasiraqi
Monako kral ailəsinin səkkizinci varisidir. Ailə içindəki ən gözəl qadınlardan biri hesab olunur.
- Perenna Kei
Honq Konqda əmlak kralı olan bir ailənin qızı Perennanın 24 yaşı var. Buna baxmayaraq, 85 faiz səhmlərinə sahib olduğu "Logan Property Holdings" kimi şirkəti idarə edir. 1.3 milyard dollar sərvəti var.
- Tamara Ekklestone
"Formula 1"in prezidenti Berni Ekklestonenin qızıdır. Model və televiziya ulduzu bu sahədən böyük pullar qazanıb.
- Mari Besnyer Beauvalot
Fransanın məşhur qida şirkəti "Lactails"in qurucusu Andre Besnyerin nəvəsidir. 35 illik həyatını lüks içində yaşayıb. Şirkətin əsas səhmdarlarından olan Beauvalot təxminən 2.5 milyard dollarlıq səvətin sahibidir.
S.Xankişiyeva