Mübariz Əhmədoğlu: Rusiyalı səfir ermənilərin Yerevana gəlmə olması faktını beynəlxalq ictimaiyyətə çatdırdı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiyalı səfir ermənilərin Yerevana gəlmə olması faktını beynəlxalq ictimaiyyətə çatdırdı

10:35 - 12 / 03 / 2018
Mübariz Əhmədoğlu: Rusiyalı səfir ermənilərin Yerevana gəlmə olması faktını beynəlxalq ictimaiyyətə çatdırdı

Türkmənçay sülh müqaviləsi 1828-ci ilin fevralın 10-da imzalanıb. Bu müqavilənin 190 illik yubileyinə dair Bakıda tədbirlərAzərbaycan və Rusiya mütəxəssislərinin iştirakı ilə təxminən fevralın əvvəli və ortalarında keçirildi.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, Yerevanda belə müzakirələr martın 6-da keçirildi: "Təxminən bir ay yubanmanın səbəbini Ermənistan hakimiyyətinin Türkmənçay müqaviləsinin 190 illik yubileyinin keçirilməsinə müqavimət göstərməsi ilə izah etmək olar. Nəhayət ki, Rusiyanın Ermənistandakı səfiri İ.Volınkinin iradəsi qalib gəldi. Gecikmə ilə də olsa Türkmənçay müqaviləsinin 190 illiyinə həsr olunmuş “Türkmənçay sülhü -190 il: Tarix və Müasirlik” adlı beynəlxalq elmi-praktik konfrans keçirildi. Rusiya tərəfinin bir qırağa qoyaq. Tədbirdə iştirak edən Ermənistan rəsmiləri, siyasiləri və ekspertləri özləri etiraf etdilər ki, Ermənistan dövləti Türkmənçay müqaviləsinədək mövcud olmayıb. Bu həqiqətdir. Rus imperiyası İranla ikinci müharibədən sonra İrəvan və Naxçıvan xanlıqlarını da öz tərkibinə qatdı. 1813–cü ildə imzalanmış Gülüstan sülh müqaviləsinə görə digər xanlıqlarla yanaşı Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə qatılmışdı. “İrəvan”, “Naxçıvan”, “Qarabağ” və “xanlıq” terminlərinin erməni dilinə zərrə qədər aidiyyəti yoxdur. Çar Rusiyası işğal etdiyi torpaqlarda ilk olaraq “Kiçik Ermənistan” yaratdı. Məqsədi siyasi idi. Rus imperiyası İranla haqq-hesabı çürütdükdən sonra Osmanlı imperiyasının tərkibində olan erməniləri özünə tərəf çəkmək kursunu götürmüşdü. Sonrakı hadisələr təkcə mütəxəssis tarixçilərə deyil, daha geniş təbəqəyə bəllidir. Türkmənçay müqaviləsində xüsusi olaraq göstərilən maddələrdən biri İrandakı ermənilərin İrəvan və Qarabağ xanlıqlarına köçürülməsinə İranın maneə etməməsi ilə bağlı idi. Nəticədə, 140 min erməni ailəsi İrəvan və Qarabağ xanlıqlarına köçürüldü. Adicə hesablama göstərir ki, indi Cənubi Qafqazda yaşayan ermənilər həmin 140 min ailənin törəməsidir. Xüsusi olaraq bir faktı qeyd edək ki, İranla Çar Rusiyası arasında müharibələr zamanı İranda azərbaycanlılar (Qacarlar) hakimiyyətdə idi".

Politoloq vurğulayıb ki, Yerevanda keçirilən bu tədbir hər halda bu ölkədə olan bütün diplomatik korpusun diqqətini cəlb etdi. Ən azı, məşhur amerikalı diplomat, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Metyu Brayzanın bu tədbirlə təxminən eyni vaxtda analoji fikir səsləndirməsi də rezonans effekti yaratdı. M.Brayza 1897-ci ildə Çar Rusiyasının apardığı siyahıya alınmanın nəticələrini diplomatik qaydada açıqladı. Bu siyahıya alınmaya görə Yerevanda əhalinin böyük əksəriyyəti azərbaycanlı imiş.

Rusiya səfiri İ.Volınkinin belə addım atması onun fərdi təşəbbüsü deyil.  Xəstə erməni millətçiliyi indi artıq həm də Rusiyaya qarşı yönəlib; Ermənilər Apostol dininin dayışıcıları olmaqları barədə ideyaları şişirtməklə rus pravoslavlığını aşağılayırlar. Ermənilərin fikrincə, ruslara pravoslavlıq dinini gətirən  erməni qadındır. Ermənilər olmasaydı, guya ümumiyyətlə rus sivilizasiyası olmazdı. SSRİ-nin dağılmasında ermənilərin iştirakı belə mövzularda ermənilərin zarafat etmədiklərini göstərir. Rusiyanı strateji müttəfiq adlandıran prezident S.Sərkisyan ermənilərin SSRİ-nin dağılmasında iştirakını etiraf etdi. Həm də bunun səbəbini SSRİ-nin ermənilər üçün “cəhənnəm” olması ilə izah etdi.

Görünür, ermənilər əvvəlcədən uzaqgörən imişlər. Onları İran və Osmanlı imperiyasından sonu “cəhənnəm” olan indiki yaşadıqları ərazilərə köçürən A.Qriboyedovu Türkmənçay sülh müqaviləsindən düz 1 il sonra, 1829–cu ilin fevralın 11–də öldürdülər. Üstündən 160 il keçdikdən sonra SSRİ-ni dağıtdılar. İndi də Rusiyanı Qərbə satmaq kursu götürüblər".

M.Əhmədoğlu hesab edir ki, güclənmiş Rusiya bunları görür və tarixi yada salmaqla ermənilərə bu regiona necə gəldiklərini nümayiş etdirmək istəyir.

1news.az

 

Paylaş:
487

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər