Dağlıq Qarabağda erməni əsgər ölüb | 1news.az | Xəbərlər
Siyasət

Dağlıq Qarabağda erməni əsgər ölüb

11:38 - 16 / 03 / 2018
Dağlıq Qarabağda erməni əsgər ölüb

İşğal edilmiş Dağlıq Qarabağda qoşunların təmas xəttində erməni hərbi qulluqçusu ölüb. 

1news.az-ın News.am-a istinadla verdiyi məlumatına görə, hadisə martın 15-də, saat 17:30 radələrində, təlim zamanı baş verib.

ZİL 131 markalı yük maşını Mataqis-Martakert yolunda dərəyə aşıb.

Hadisə nəticəsində sürücü Edqar Yeremyan xəstəxanaya aprılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

Paylaş:
631

Son xəbərlər

Bütün xəbərlər