Pakistanda festival zamanı səhnəyə qumbara atılıb: 24 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Pakistanda festival zamanı səhnəyə qumbara atılıb: 24 nəfər yaralanıb

17:31 - 25 / 03 / 2018
Pakistanda festival zamanı səhnəyə qumbara atılıb: 24 nəfər yaralanıb

Pakistanın Dera-İsmail-Xan şəhərində festival zamanı səhnəyə qumbara atılması nəticəsində 24 nəfər yaralanıb.

1news.az-ın lenta.ru-ya istinadla verdiyi xəbərə görə, onların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralananlar arasında bir neçə uşaq və təhlükəsizlik xidmətinin iki əməkdaşı da var.

Festival başa çatmadan dayandırılıb, hadisə yeri mühasirəyə alınıb, terrorçuların tapılması istiqamətində iş aparılır.

S.Xankişiyeva

 

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər