Azərbaycanın müdafiə naziri Anıtqəbiri ziyarət edib - FOTO

Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.
1news.az
539