Azərbaycan MN: Rusiyadan alınan silahların keyfiyyətsiz olması barədə yayılan şayiələr təxribatdır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan MN: Rusiyadan alınan silahların keyfiyyətsiz olması barədə yayılan şayiələr təxribatdır

16:07 - 29 / 03 / 2018
Azərbaycan MN: Rusiyadan alınan silahların keyfiyyətsiz olması barədə yayılan şayiələr təxribatdır

Son günlər xarici və yerli kütləvi informasiya vasitələrində Azərbaycanın Rusiyadan əldə etdiyi silahların yararsız olması ilə bağlı müxtəlif şayiələr yayılıb.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, bu kimi xəbərlər həqiqətə uyğun deyil və onların yayılması təxribat xarakteri daşıyır:

“Azərbaycan müəyyən istehsalçı ölkələrdən müxtəlif növ silahların alınması və əldə edilməsinə xüsusi diqqət yetirir. İşğal olunmuş ərazilərimizin azad edilməsi məqsədilə biz döyüş potensialımızın artırılması üçün lazım olan ən yaxşı, keyfiyyətli və effektiv hərbi vasitələri diqqətlə seçərək əldə edirik.

Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən Rusiya istehsalı olan yeni silahlar müasir silah sistemlərinin yüksək tələblərinə cavab verir, eləcə də qoşunlarımızın, xüsusilə müdafiənin ön xəttində döyüş tapşırığı yerinə yetirən bölmələrimizin manevr və atəş imkanlarını xeyli artırır”.

S.Xankişiyeva

 

Paylaş:
723

Son xəbərlər

Bütün xəbərlər