Zakir Qaralov prezident seçkiləri ilə bağlı konkret tapşırıqlar verib | 1news.az | Xəbərlər
Siyasət

Zakir Qaralov prezident seçkiləri ilə bağlı konkret tapşırıqlar verib

15:54 - 30 / 03 / 2018
Zakir Qaralov prezident seçkiləri ilə bağlı konkret tapşırıqlar verib

Baş prokuror Zakir Qaralov Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 61 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili, habelə aprelin 11-də keçiriləcək prezident seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrlə bağlı konkret tapşırıqlar verilib.

S.Xankişiyeva

 

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər