Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq | 1news.az | Xəbərlər
Siyasət

Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq

16:17 - 30 / 03 / 2018
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq

Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunacaq.

1news.az-ın sechki-2018.az-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

MSK katibi qeyd edib ki, bütün seçki məntəqələrinə Brayl əlifbası ilə hazırlanan bülletenlər veriləcək.

O deyib: “Gözdən əlil seçicilərin yaşadığı ərazilərdə onların sayı qədər seçki bülletenləri seçki məntəqələrinə paylanılacaq. Bununla yanaşı, ehtiyat üçün respublika üzrə bütün seçki məntəqələrinə ən azı 1 və ya 2 Brayl əlifbası ilə hazırlanmış seçki bülleteni veriləcək”.

M.Rəhimov gözdən əlil seçicilərin səsvermə hüququndan istifadəsində heç bir problemin olmayacağını vurğulayaraq söyləyib: “Mərkəzi Seçki Komissiyası bundan öncəki seçkilərdə də gözdən əlil seçicilərin səsvermə hüququndan istifadəsi üçün lazımi şərait yaradıb. Bu istiqamətdə heç bir problem yoxdur. Gözdən əlil seçicilərin səsvermək üçün məntəqəyə gəlməsinə, səsvermə kabinetinə daxil olmasına digər seçicilər kömək edə bilər. Lakin Brayl əlifbası ilə hazırlanmış bülleteni aldıqdan sonra onlar rahat şəkildə öz hüquqlarından istifadə edə bilərlər”.

S.Xankişiyeva

Paylaş:
874

Son xəbərlər

Bütün xəbərlər