Hindistanın xarici işlər naziri Azərbaycana gəlir

Hindistanın xarici işlər naziri xanım Suşma Svarac 4 aprel tarixində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Suşma Svaracın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü və Qoşulmama Hərəkatının Nazirlər Konfrasında iştirakı nəzərdə tutulub.
Görüşdən sonra Azərbaycan və Hindistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.
1news.az
705