Qaşlarına görə ölümlə hədələnir | 1news.az | Xəbərlər
Dünya

Qaşlarına görə ölümlə hədələnir

16:17 - 08 / 04 / 2018
Qaşlarına görə ölümlə hədələnir

ABŞ-da yaşayan kiprli tələbə Sofiya Hacıpanteli qaşlarına görə, ölümlə hədələnir.

Model kimi fəaliyyət göstərən 21 yaşlı Sofiya sarısaçlı olsa da, qaşlarını qalın saxlayaraq onları qaraya boyayır.

Qeyri-adi görünüşə malik olan tələbəyə çoxsaylı reklam təklifləri gəlir. Ancaq Hacıpantelinin qaşlarını təmizləmədiyi üçün çirkin göründüyünü iddia edənlər də az deyil. Ənənəvi gözəllik anlayışını pozduğu üçün modelə ölüm təhdidləri belə edilir. Sofiya isə bu hədələrdən qorxmadığını deyir:

“Bu, bizdə irsidir. Instagram-da hər gün izləyici sayım artır. İnsanlar məni təhqir edərək qaşlarımın iyrənc göründüyünü, hətta onların zövqünü pozduğum üçün məni öldürəcəklərini yazırlar. Amma bunlar vecimə deyil və mən özümü belə gözəl hesab edirəm”.

S.Xankişiyeva

 

Paylaş:
894

Son xəbərlər

Bütün xəbərlər