ABŞ Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıya səfər edib

Amerika Birləşmiş Ştatlarının Milli Müdafiə Universitetinin nümayəndə heyəti aprelin 9-da Azərbaycana akademik səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, səfər çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında ABŞ nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə qonaqlara akademiyanın fəaliyyəti və regional təhlükəsizlik haqqında təqdimatlar edilib, ətraflı məlumat verilib.
1news.az
861