Mübariz Əhmədoğlu: Dünya erməniliyi Azərbaycanda itirəcəyini Gürcüstanda qazanmaq istəyir
ABŞ-ın ermənipərəst konqresmenləri Gürcüstanda erməni separatizmini gücləndirmək yolundadır.
1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
O bildirib ki, ABŞ konqresmenləri üçün Gürcüstanın Cavaxetiya regionu ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ eyni statuslu görünür. Qeyd edək ki, ABŞ konqresmenlərinin belə yanaşması yeni deyil.
Cavaxetiya mövzusunda verdiyi dəstək bəyanatlarının mahiyyətini konqresmenlərin başa düşməməsi inandırıcı deyil.
İki məsələ diqqət çəkir:
ı. Gürcüstan ABŞ konqresmenləri arasında izahat işi aparmır.
ıı. Erməni siyasətçilərininABŞ konqresmenlərindən Cavaxetiya ilə Dağlıq Qarabağı bərabərləşdirməsini tələb etməsi faktdır. Amma rəsmi Tbilisi bunu da görməzliyə vurur.
Gürcüstanın bu mövzuya diqqət verməməsi təəccüblüdür. Gürcüstan ritorikada deyil, ciddi şəkildə ərazibütövlüyü prinsipini dəstəkləsə Azərbaycan da daxil olmaqla tərəfdaşlarınınsayı bu məsələdə artacaq.
“Cavaxetiya Gürcüstanın tərkib hissəsi olduğu kimi Dağlıq Qarabağ daAzərbaycanın tərkib hissəsidir. Cavaxetiyanı Gürcüstandan, Dağlıq Qarabağı isəAzərbaycandan ayırmaq mümkün deyil” təbliğat klişesindən istifadə etməkləABŞ-dakı erməni kokusunu və rəsmi Yerevanı çətin vəziyyətə sala bilər.
Ermənilərin ictimai şüurunda Dağlıq Qarabağı itirmək hissi getdikcə güclənir
Dünya erməniliyi Azərbaycanda itirəcəyini Gürcüstanda qazanmaq istəyir. Ona görə də rəsmi Yerevan ABŞ konqresindəki erməni kokusuna Cavaxetiyanı Dağlıq Qarabağla eyniləşdirmək göstərişi verib.
1news.az












