Mübariz Əhmədoğlu: Ermənistan uğrunda ABŞ-la Rusiya arasında açıq qarşıdurma başladı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan uğrunda ABŞ-la Rusiya arasında açıq qarşıdurma başladı

10:35 - 27 / 04 / 2018
Mübariz Əhmədoğlu: Ermənistan uğrunda ABŞ-la Rusiya arasında açıq qarşıdurma başladı

Serj Sərkisyanın hakimiyyətdən getməsində ABŞ və Rusiya konsensusa malik idi. Çünki S.Sərkisyanın Rusiyanın adından ABŞ-a, ABŞ adından Rusiyaya söylədikləri yalanları onun iki iri dövlət tərəfindən müdafiə olunmamasının əsas səbəbi idi.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyətlə bağlı açıqlamanı şərh edərkən bildirib:

“Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sərkisyan elə başa düşürdü ki, o həm ABŞ-ı, həm də Rusiyanı aldada bilir. Sonda isə bəlli olur ki, o özü-özünü və erməni xalqını aldadırmış. Əksər əhalinin fikrincə, S.Sərkisyan böyük şahmatçıdır və RF –lə ABŞ arasında çox gözəl manevr edə bilir.

Aprelin 24-ü axşamdan Ermənistandakı proseslərin 3-cü mərhələsi başladı. Bu prosesin 4-cü mərhələsi olmayacaq. 4-cü mərhələ vətəndaş müharibəsi olacaq. Buna isə əsas səbəb ABŞ və Rusiyanın Ermənistan uğrunda mübarizəni açıq müstəviyə keçirməsidir.

Politoloqun fikrincə, aprelin 25-də ABŞ Ermənistan istiqamətində iki addım atdı:

“ABŞ Dövlət Departamenti Ermənistanda hakimiyyətin dinc yolla təhvil verilməsi məsələsini aktuallaşdırdı. Bununla da o, Ermənistan müxalifətinə dəstəyini rəsmən açıqladı. D.Tramp son 50 ilin tarixində ilk dəfə olaraq “ erməni soyqırımını” gecikmiş tarixlə qeyd etdi. Təbii ki, “erməni soyqırımı” terminini işlətmədi. Mets yeqerin terminini işlətdi. Amma onun 23-ü axşam deyil, məhz 25-i səhər münasibət bildirməsi bu Ermənistandakı hadisələrlə bağlıdır. Ermənistan Trampın gözündən düşüb. ABŞ-ın belə mövqeyi Ermənistanda Rusiyanın mövqeyini gücləndirə bilərdi. Ona görə D.Tramp uydurma “erməni soyqırımının” 103 ildönümü ilə bağlı gecikmiş də olsa münasibət bildirdi”.

M.Əhmədoğlunun fikrincə, Rusiyanın addımları çox pilləli və çox saylıdır:

“Rusiya aşkar şəkildə nümayiş etdirdi ki, Serj Sərksiyanı müdafiə etmir. Rusiya S.Sərkisyanı hətta KTMT vasitəsilə müdafiə edə bilərdi. KTMT son bir ildə üzv dövlətlərinin daxilindəki sabitsizliyi dəfələrlə müzakirə edib və daxili sabitsizlik deyəndə ən çox Ermənistan başa düşülüb. Bu mövzuda KTMT Ermənistanın daxilində iki dəfə hərbi təlimlər keçirib və nəzərə də alınmalıdır ki, KTMT-nin baş katibi milliyyətcə erməni Yuri Xaçaturovdur. KTMT Ermənistandakı proseslər ərzində heç bir bəyanat verməyib.

S.Sərkisyanın istefasından dərhal sonra Rusiyanın baş naziri D.Medvedev Ermənistanın baş naziri K.Karapetyana zəng etdi. Məsələnin yalnız Konstitutsiya çərçivəsində həllinin mümkünlüyünü bildirdi. Başqa sözlə, mitinqlərin dövlət idarəçiliyinə təsiri minimum olmalıdır”.

Politoloqun sözlərinə görə, Kremlin təcili olaraq Yerevana göndərdiyi milliyyətcə erməni rusiyalı iş adamı Samvel Karapetyan baş nazir K.Karapetyanla görüşdü.

“Samvel Karapetyan “İnvestorlar klubu”nun başladığı, amma dayandırdığı layihələrin yenidən fəaliyyətə başlayacağını bildirdi. Bu, Rusiyanın Ermənistan uğrunda ciddi mübarizə apardığının işarəsi idi. V.Putin Baş nazir səlahiyyətlərini icra edən K.Karapetyana zəng etməklə Ermənistanın Baş naziri postunda  yalnız onu qəbul edəcəyinin mesajını verdi.

RF Xarici İşlər Nazirinin müavini Q.Karasin Ermənistanın Rusiyadakı səfirini dərhal yanına çağırdı və onunla Ermənistanın daxilindəki vəziyyəti müzakirə etdi. Proseslərin Konstitusiya hüquqi müstəvidə sona çatmasını bildirdi; Ermənistanda yeni parlament seçkiləri keçirilməlidir. Eyni ilə həmin fikri bir gün keçmiş baş nazir K.Karapetyan ortalığa qoydu. O, Nikol Paşinyanın dialoq təklifindən imtina etdi və yeni parlament seçkilərini tələb etdi. Ermənistanda parlament seçkilərini rusiyapərəst qüvvələrin udmaq şansı çox böyükdür.

Çünki Rusiyanın özündə təxminən 3 milyona yaxın erməni yaşayır və bunun bir qismini Rusiya Ermənistana qaytarmaqla Ermənistandakı seçkilərın taleyini həll edəcək. Hər halda Ermənistanın vətəndaş müharibəsi və bundan sonrakı dövrü indiki proseslərin gedişindən aydın başa düşmək olar. Ermənistandakı proseslər əgər Rusiyanın dediyi kimi konstitusiya hüquqi çərçivəsində baş verməyəcəksə, vətəndaş müharibəsindən az sonra bir qrup Ermənistan vətəndaşı Ermənistanın Kalininqrad statusu ilə Rusiyanın tərkibinə qoşulması məsələsini aktuallaşdıracaqdır.

Hələlik prezident Armen Sərkisyan KTMT üzv dövlətlərin başçıları ilə danışıqlar aparır. Ehtimal ki, KTMT sülhməramlılarını dəvət edir. Bu RF-in ssenarisidir”.

S.Xankişiyeva

Paylaş:
661

Son xəbərlər

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25Belarus Prezidenti Füzuli rayonuna səfər edibBu gün, 11:23Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşübBu gün, 11:15Azərbaycan Bəstəkarlar İttifaqının və MHUİB-nin üzvü, bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu - FOTOBu gün, 11:04Axtarışda olan şəxs hava limanında saxlanılıbBu gün, 10:52Bakıda qadın əri və oğlu tərəfindən döyülübBu gün, 10:48Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:36Keçən il sosial şəbəkələr vasitəsilə insan alverinin qurbanına çevrilən insanların sayı açıqlanıbBu gün, 10:28Ötən il 47 nəfər əmək müqaviləsi olmadan tikintidə işə cəlb edilibBu gün, 10:23Azərbaycanda ötən il 293 erkən evliliyin qarşısı alınıbBu gün, 10:14Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHIBu gün, 10:03“Made in Thunder”. Maserati sərgisi Trident-in yeni elektrik dövrünü açır və dünyaya GranCabrio Folgore-u təqdim edir – FOTOBu gün, 09:58AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05
Bütün xəbərlər