Ermənistanda etirazlar davam edir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda etirazlar davam edir

15:00 - 28 / 04 / 2018
Ermənistanda etirazlar davam edir

Ermənistanda etiraz aksiyalarının lideri, müxalif deputat Nikol Paşinyan və tərəfdarları ölkənin şimal rayonlarında avtoyürüşə başlayıblar.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, N.Paşinyan Facebook səhifəsində yazıb:

"Biz İcevana yollanırıq. Orada saat 14:00-da mitinq olacaq. Saat 17:00-da isə Vanadzorda mitinq keçiriləcək".

Ötən gün müxalifətin Yerevan-Gümrü avtoyürüşü Ermənistanın ikinci böyük şəhərində minlərlə insanın iştirak etdiyi mitinqlə başa çatıb.

S.Xankişiyeva

 

Paylaş:
817

Son xəbərlər

Bütün xəbərlər