Bu kişi 30 il fasiləsiz olaraq oruc tutur
Türkiyənin Kocaeli vilayətinin Gölçük qəsəbəsinə yaşayan Osman Ay adlı şəxs 30 ildir fasiləsiz olaraq oruc tutur.
1news.az-ın Star-a istinadla verdiyi xəbərə görə, Osman Ay gənclik illərində 155 kilo çəkiyə malik olub.
Diyetlə 4 aya 70 kilo arıqladıqdan sonra isə fasiləsiz olaraq oruc tutmağa qərar verib.
Osman Ay market sahibidir. Ətrafdakılar onu “Oruc baba” deyə çağırırlar. Osman bəyin dediyinə görə, orucu arıqlamaq üçün yox, sağlam həyat tərzi olaraq seçib.
10 934 gün oruclu olduğunu bildirən Osman Ay Ramazan ayı gəlincə hər kəslə birlikdə oruc tutmağın daha gözəl bir hiss olduğunu söyləyib.
S.Xankişiyeva
686