Ermənistanın yeni XİN rəhbəri Kaspşiklə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın yeni XİN rəhbəri Kaspşiklə görüşüb

09:42 - 18 / 05 / 2018
Ermənistanın yeni XİN rəhbəri Kaspşiklə görüşüb

Ermənistanın xarici işlər naziri Zoqrab Mnaçakyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

1news.az “aysor.am”a istunadla xəbər verir ki, şəxsi nümayəndə Parisdə Azərbaycanın xarici işlər naziri ilə həmsədrlərin görüşlərinin nəticələri barədə Ermənistanın XİN rəhbərinə məlumat verib.

Nazir Mnaçakyan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu həmsədrliyi formatında sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bu çərçivədə əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələcək iş proqramlarına da toxunulub.

P.Sultanova

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər