İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Sammiti keçirilib | 1news.az | Xəbərlər
Siyasət

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Sammiti keçirilib

23:37 - 18 / 05 / 2018
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Sammiti keçirilib

Mayın 18-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə Sammiti keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, son günlər Fələstində yaranmış böhranla əlaqədar çağırılan Sammitdə təşkilata üzv ölkələr prezidentlər, hökumət başçıları və xarici işlər nazirləri səviyyəsində təmsil olunublar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sammitdə iştirak edib.

Əvvəlcə Samitə hazırlıq məqsədilə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində iclas keçirilib.

Sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn, Fələstinin Baş naziri Rami el-Hamdallah və başqaları çıxışlarında dinc fələstinlilərə qarşı zorakılıq göstərilməsinə etirazlarını bildiriblər.

1news.az

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər