Oqtay Əsədov: AŞPA-nın Azərbaycanla bağlı qərarı ədalətsizdir | 1news.az | Xəbərlər
Siyasət

Oqtay Əsədov: AŞPA-nın Azərbaycanla bağlı qərarı ədalətsizdir

12:47 - 18 / 05 / 2018
Oqtay Əsədov: AŞPA-nın Azərbaycanla bağlı qərarı ədalətsizdir

"Azərbaycanda bəzi “vətənpərvərlər” bu məsələni əldə bayraq edir, qəzetlər, saytlar bu məsələdən yazır. Təbii ki, Avropa Şurası Parlament Assambleyasının bu qərarı ədalətsizdir”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin spikeri Oqtay Əsədov AŞ PA-da ölkəmizə qarşı qəbul edilən sanksiyaya münasibət bildirərkən deyib.

O.Əsədov bildirib ki, bəziləri bu sanksiyanın ilk olduğunu deyirlər: “Lakin bu ilk deyil, dəfələrlə belə hal olub. Biz AŞ PA-nın Azərbaycanda keçirilən komitə iclasında iştirak etmək üçün Dağlıq Qarabağda olan fransalı deputatın ölkəmizə gəlməsinə icazə vermədik və burada bizim parlamentə qarşı sanksiya qəbul etdilər ki, Azərbaycanda iki il müddətində heç bir tədbir keçirilməsin. Daha sonra özləri peşman oldular. Çünki alt komitənin iclası burada keçirilməli idi. Maddi imkanları da yox idi. Hətta iclasın keçirilməsi ilə bağlı xahiş də etdilər. Lakin biz buna etiraz olaraq bildirdik ki, sanksiya altında iclas keçirə bilmərik və iki il müddətində bundan imtina etdik".

Spiker qeyd edib ki, yalnız iki ildən sonra komitə iclasları yenidən Azərbaycanda keçirildi:

“O ki qaldı Səməd Seyidova qarşı ədalətsiz sanksiyaya, bu məsələ çox şişirdilir. Burada nə baş verir? Səməd Seyidova icazə verilməyəcək ki, seçkili orqanlara seçilməsin. Heç seçilmək də istəmir. Seçilməsin də. İcazə verilməyəcək ki, başqa ölkənin müşahidə missiyasında iştirak etsin. Heç etməsin də. Burada nə var ki, bunu böyüdürlər? Səməd Seyidov bizim mübariz deputatımızdır. O öz işini, mübarizliyini davam etdirəcək”.

1news.az

Paylaş:
312

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTOBu gün, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndikBu gün, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilibBu gün, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edibBu gün, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTOBu gün, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunurBu gün, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTOBu gün, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıbBu gün, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31
Bütün xəbərlər