“N” saylı hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub – FOTO
Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Hərbi hissənin zabiti mayor Elçin Kərəmov tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib. O, bu yubileyin soydaşlarımız tərəfindən böyük hörmət və ehtiramla keçirildiyini xüsusi qeyd edib.
Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.
S.Xankişiyeva